küçə yürüşü

Müəyyən marşrutla hərəkət edən bir qrup şəxsin ictimai və dövlət həyatı ilə bağlı məsələlərə dair fikirlərinin ifadəsi

kuryer xidməti
kütləvi bildiriş
OBASTAN VİKİ
Küçə
Küçə — yol infrastrukturunun bir hissəsi. Bir qayda olaraq kənarında xüsusi sıra sayına malik binalar olur. == Küçələrin təsnifatı == Küçələr təyinatına görə təsnifatlanırlar . === Şəhər küçələri === Şəhər əhəmiyyətli magistral küçələr; Rayon əhəmiyyətli magistral küçələr; yerli əhəmiyyətli küçələr: Kvartallar arası küçələr; Kvartal daxili küçələr; Yaşayış küçəsi; Tramvay-piyada küçəsi; Piyada küçəsi. === Qəsəbə və kənd küçələri === Əsas küçələr; yaşayış küçələri; keçidlər. == Maraqlı faktlar == Yaponiyada küçələrin adları olmur. San-Fransiskoda bir küçə hərlənərək özü - özünü kəsir.
Küçə fahişəliyi
Küçə fahişəliyi — seks işinin bir növü. Seks işçisi küçə künclərində gözləyərkən və ya küçə ilə gəzərkən müştərilərini ictimai yerlərdən və ya küçələrdən cəlb edir. Seksual hərəkət aktı müştərinin avtomobilində və ya yaxınlıqdakı küçədə, fahişənin evində və ya kirayə götürülmüş motel otağında da baş verə bilər.
Küçə fotoqrafiyası
Küçə fotoqrafiyası (ing. street photography) — ictimai yerdə — yəni küçədə, parkda, çimərlikdə və s. çəkilən fotoqrafiya janrıdır. == Tarixi == Küçə fotoqrafiyası sənədli fotoqrafiyadan yaranmaqla özündə bədiilik elementlərini əks etdirir. Küçə fotoqrafiyasıın tarixi XIX və XX əsrlərin kəsişməsində yaşamış və sənədli, bədii və digər foto janrlarında işləyən fotoqrafların yaradıcılığından başlayır. Küçə fotoqrafiyasının müstəqil janr kimi inkişafı isə "Magnum" foto agentliyinin və küçə fotoqrafiyasının əsas prinsiplərindən olan olan "həlledici məqam" (decisive moment) ideyasının əsasını qoymuş fransız fotoqrafı Henri Cartier-Bressonun adı ilə bağlıdır. Bu janrın fəlsəfəsi və estetikası jurnalist paradiqması olan "dürüst fotoqrafiya" (straight photography) üzərində qurulub və fotoqraf tərəfindən ətrafda baş verənləri heç bir müdaxilə olmadan (məsələn: montaj, qurulma səhnə və s.) olduğu kimi əks etdirməkdir. İctimai yerlərdə baş verənləri hər hansı bir müdaxilə olmadan əks etdirən fotoları küçə fotoqrfiyası janrına aid etmək olar. == Xarici keçid == Как фотографировать людей на улице iN-PUBLiC.com Сборник часто задаваемых вопросов о праве на фотосъемку Arxivləşdirilib 2013-10-29 at the Wayback Machine == Mənbə == The Sidewalk Never Ends: Street Photography Since the 1970’s (2001). Вершовский Антон.
Küçə sənəti
Küçə sənəti (ing. Street art) — ictimai sahələrdə yaradılan və məzmun olaraq sənət ətrafının xaricində yer alan təsviri incəsənət növüdür. Küçə sənətinin indiki vaxtda bir çox fərqli tətbiqi vardır.
Küçə yeməyi
Küçə yeməyi — küçədə, bazarda, yarmarkada və ya digər ictimai yerdə hazır yemək və ya içki satışı. Qida tez-tez portativ qida kabinəsi, ərzaq səbəti və ya yemək maşınında satılır və dərhal istehlak üçün nəzərdə tutulur. 2007-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının verdiyi məlumata görə, hər gün 2,5 milyard insan küçə yeməyi yeyir.
Qızıl küçə
Qızıl küçə və ya Zlata uliçka (çex. Zlatá ulička - rəsmi adı Daliborkadakı Qızıl küçə çex. Zlatá ulička u Daliborky) — Praqa qəsrinin ərazisində, şimal qala divarlarının və köhnə burqqraf binasının arasında yerləşir. XVI əsrin sonunda inşa olunmuş kiçik yaşayış evlərində sadə vətəndaşlar düz İkinci dünya müharibəsinə kimi yaşayırdı. Bu mənzərəli küçə gözəl rəngli fasadları, alçaq və rəngarəng damları və demək olar ki, oyuncaqlara bənzəyən pəncərə və qapıları olan kiçik səliqəli evlərdən ibarətdir. Bu küçə olduqca dardır, onun uzunluğu 200 metrdir. Küçə XVI əsrin ikinci yarısında yaranmışdır. O vaxtlar bu yerlərdə şəhər ox atanları, zərgərlər və sadə qulluqçular məskunlaşmağa başlamışdı. Hazırda isə burada dəbli mağazalar yerləşir və bura baş çəkən ziyarətçilərə çox yaddaqalan əşyalar, hədiyyələr, zərgərlik məmulatları və ya mükəmməl kitabları təklif edir. == Tarix == Keçmişdə, bu küçə Zlatnitska (çex.
Bayırku yürüşü
Bayırku yürüşü – Qapağan xaqanın Doqquz Oğuzlardan Bayırkular üzərinə təşkil etdiyi və qələbə qazandığı son yürüşüdür. == Döyüşdən əvvəl == Göytürk imperiyası böyük siyasi qarışıqlıq içərisində idi. Tanq imperatoru Hsüan Tsunq Qapağan xaqanı tamamilə ortadan qaldırmaq ya da ələ keçirmək istəyirdi. Bu məqsədlə Göytürk dövlətində üç ayrı bölgədə olan və Tanq ilə daha əvvəllər ittifaq qurmuş olan türk boylarının öndərlərinə daha öncə də edildiyi kimi müxtəlif titullar və hədiyyələr təqdim edildi. Beləcə, türk boyları Göytürk xaqanlığına qarşı üsyan etmələri üçün təhrik edildilər. 709-cu ildə çiklər və qırğızlar, 711-ci ildə türkeşlər, 714-cü ildə də qarluqlar üsyan qaldırdı və üsyanlar bir-birinin ardıyca meydana çıxdı. Buna əlavə olaraq, Qapağan xaqanın mərhəmətsizcə bütün üsyanları yatırtması vəziyyətin daha da pisləşməsinə səbəb oldu. Bir çox türk boyu Tanq sülaləsinə sığındı. Hətta bir müddət sonra Qapağan xaqanın öz kürəkəni Aşidə Hu-lu da Tanqa bağlılığını bildirdi. == Döyüş == Üsyanlar ardı-ardına davam edərkən bu dəfə də Göytürk xaqanlığının onurğasını təşkil edən Doqquz Oğuzların üsyan etməsi dövləti çətin vəziyyətə saldı.
Herat yürüşü
Herat yürüşü — bir sıra müəyyən fasilələrlə baş verən toqquşmalardan və sonda Nadir xanın Abdali əfqanlarına qarşı hərbi əməliyyatlara başlaması ilə özünün kulminasiya nöqtəsinə çatan hərbi əməliyyatdır. Bu əməliyyata başlamamış Nadir xan özünün monarxı və şahzadəsi olan II Təhmasibə qarşı uğurlu yürüş etmişdi. Alçaldılmış Təhmasib də 4 may 1729-cu ildə Məşhəddən çıxaraq Nadirin Herat yürüşünə qatılmışdı. Beləliklə, Nadir Təhmasibin yürüş boyunca öz yaxınlığında olmasını təmin etmişdi.Bu yürüş Nadir xanın yeni hərbi biliklərə yiyələnməsinə və ya təcrübədən keçirməsinə səbəb oldu. Nəticədə o, ölümcül yüngül süvari ordulara qarşı döyüşə biləcək ordu modelini yarada bildi. Bu sistemdə yaradılmış ordu isə Damğan döyüşündə Gilzay əfqanlarının sayca üstün olan ordusunu məğlub etdi. == Arxa plan == Təhmasiblə problemləri həll etdikdən sonra Nadir kürdlər və yomut tayfaları üzərinə bir neçə yürüş həyata keçirdi. 1728-ci ilin yayında əfqanlara qarşı da bir neçə yürüş təşkil edilmişdi. Bu zaman Təhmasibin keçmiş sərkərdələri Məhəmməd Əli xan və qohumu Zulfiqar xan şahın adından çıxış edib mazandaran və Astrabadın yeni başçıları olduqlarını elan etdilər. Təhmasib bu işdə əlinin olmadığına Nadiri inandırmaq istəsə də, Nadir onun Zülfiqarla əlaqəsindən məlumatlı olduğunu bildirdi.
Suğdak yürüşü
Suğdak yürüşü — Anadolu Səlcuqlu qüvvətləri tərəfindən Qara dənizin şimal sahillərinə təşkil edilən dəniz və quru yürüşüdür. == Haqqında == Monqolların Qıpçak ölkəsini işğal etmələrindən (1223) sonra, Qara dəniz ticarət yolunun təhlükəsizliyi sarsıldı. Digər tərəfdən, Trabzon Rum imperiyasının hakimiyyəti altındakı Suğdakın rum hakimləri də cənubdan gələn tacirlərin hücumlara məruz qalmasına göz yumduqlarında, Anadolu ilə Krım arasında ticarətin həcmi xeyli dərəcədə azaldı. Ticarət əlaqələri baxımından Qara dəniz yolunun açıq tutulmasına önəm verən Anadolu Səlcuqlu hökmdarı I Əlaəddin Keyqubad Sinopda qurdurduğu tərzanədə güclü donanma hazırlatdıqdan sonra Kastamonu uc bəyi əmir Hüsamətdin Çobana Sudak yürüşünə çıxmağı əmr etdi (1224) 20 min əsgər və yeni yaradılmış ilk Səlcuqlu donanması iilə Qara dənizə çıxan Hüsamətdin Çoban Krım sahillərinə çıxaraq, mühasirəyə aldığı Suğdakı rumlardan aldı. Rus-Qıpçaq birləşmiş ordusunun etdiyi hücumları da dəf edib, bütün bölgəni Anadolu Səlcuqlu dövlətinə birləşdirdi. Sudakı bölgənin mərkəzi edən Çoban şəhərə əsgərlər yerləşdirdikdən sonra geri döndü.Səlcuqluların bölgədəki hakimiyyəti buraların 1239-cu ildə monqollar ətərfindən ələ keçirilməsinə qədər davam etdi. Monqollar, qıpçaqları dilləri və mədəniyyətləri ilə oxşarlıqlarına işarə edərək onları tərk etməyə inandırdıqdan sonra Alanları məğlub etdilər. Buna baxmayaraq, qıpçaqlar sonradan məğlub oldular. Xan Kötenin rəhbərliyi altında qıpçaqlar Kiyevin Böyük Knyazlığına (Ruteniyalılar) qaçdılar, burada qıpçaqların bir neçə evlilik əlaqəsi oldu, bunlardan biri də Qalisiyanın Köten'in kürəkəni Mstislav Mstislaviç idi.Rutenlilər və qıpçaqlar monqollara qarşı ittifaq qurdular və onları tapmaq üçün Dneprdə görüşdülər. Səkkiz günlük təqibdən sonra Kalka çayında görüşdülər (1223).
Səlib yürüşü
Səlib yürüşləri və ya xaç yürüşləri (lat. Expeditio sacra, ərəb. الحملات الصليبية‎,fr. Croisades,ing. Crusades, isp. Cruzadas) — Qərbi Avropa ölkələrinin Fələstini və başqa əraziləri istila etmək məqsədilə XI–XII əsrlərdə Yaxın Şərqə hərbi səfərlərinin ümumiləşdirilmiş adı. == Arxaplan == Daha əvvəlki əsrlərdə Roma İmperiyasını yox edərək, Qərbi Avropanı istila etmiş və burada bir neçə krallıq quraraq, mərkəzi hakimiyyəti tam şəkildə əllərində cəmləşdirmiş barbar krallıqlarının çökmə dövrü başlamışdı. Hakimiyyət artıq mərkəzdənqaçma siyasəti nəticəsində get-gedə parçalanmış, daha əvvəl kralların əlində olan iqtidar indi daha çox yerli feodalların əlində cəmləşmiş, onlar da mərkəzi hökuməti tanımaq istəməyərək, özlərinin arzuları ilə istədiklərini etməyə başlamış, daha əvvəl "Hakimi-Mütləq" olan krallar indi yalnız "bərabərlər arasında birinci" statusuna qədər enməsi prosesi baş vermişdi. Bu hadisələrin nəticəsində də feodalların bir-biri arasında baş verən müharibələrin sayı çoxalmış, insan itkiləri artmışdı. Həm də Avropanın həmin əsrlərdə texniki cəhətdən xeyli geridə olduğunu nəzərə alsaq, çoxalan əhalini yedizdirmək üçün torpaqların get-gedə azlıq etdiyini, daxili sarsıntılardan əziyyət çəkən xalqın tez-tez aclıq və xəstəlik nəticəsində dəhşətli surətdə, külli miqdarda qırıldığını təbii qəbul etmək lazım gəlir.
Təbuk yürüşü
Təbuk yürüşü — Təbuk müharbəsi (ərəb. غزوة تبوك‎) həzrət Məhəmmədin Hicri təqvimi il 9-cu ili Rəcəb və Şaban aylarındakı sonuncu savaşı idi. Bu Qəzvədə həzrəti Peyğəmbər Romalılarla müharbə etmək məqsədi ilə Təbuk məntəqəsinə səfər etdi. Amma səhabələrdən bəziləri və məxsusən mədinə münafiqləri bu orduda iştirak etməkdən boyun qaçırtdılar və yaxud müsəlmanların qəlbinə qorxu salmağa çalışdılar. Həzrət peyğəmbər səfərə çıxmazdan əvvəl həzrət Əlini mədinədə öz yerinə canişin təyin etdi. İslam qoşunu Romalılarla heç bir münaqişəyə girmədən Təbukda bir neçə gün qaldıqdan sonra, Mədinəyə qayıtdı. Həmçinin Qurani-Kərimdə Təbuk yürüşü barəsində bir neçə ayə nazil olaraq münafiqləri və onların növbəti planlarını ifşa etdi. == Təbuk yürüşünün səbəbi == İlk tarixçilərin əsərlərindən qalan mənbələrin əksəriyyətində Təbuk döyüşü ilə bağlı rəvayətlər nəql olunmuşdur. Ancaq bu rəvayətlərdəki önəmli mövzulardan bəzilərində(Təbuk qəzvəsinin səbəbi kimi) fikir ayrılıqları var. Məşhur bir rəvayətə əsasən, bu səfərdə İslam peyğəmbərinin məqsədi Şam bölgəsində Romalıların hərbi hazırlıq hərəkətlərinə qarşı mübarizə aprmaq idi.
Xaç yürüşü
Səlib yürüşləri və ya xaç yürüşləri (lat. Expeditio sacra, ərəb. الحملات الصليبية‎,fr. Croisades,ing. Crusades, isp. Cruzadas) — Qərbi Avropa ölkələrinin Fələstini və başqa əraziləri istila etmək məqsədilə XI–XII əsrlərdə Yaxın Şərqə hərbi səfərlərinin ümumiləşdirilmiş adı. == Arxaplan == Daha əvvəlki əsrlərdə Roma İmperiyasını yox edərək, Qərbi Avropanı istila etmiş və burada bir neçə krallıq quraraq, mərkəzi hakimiyyəti tam şəkildə əllərində cəmləşdirmiş barbar krallıqlarının çökmə dövrü başlamışdı. Hakimiyyət artıq mərkəzdənqaçma siyasəti nəticəsində get-gedə parçalanmış, daha əvvəl kralların əlində olan iqtidar indi daha çox yerli feodalların əlində cəmləşmiş, onlar da mərkəzi hökuməti tanımaq istəməyərək, özlərinin arzuları ilə istədiklərini etməyə başlamış, daha əvvəl "Hakimi-Mütləq" olan krallar indi yalnız "bərabərlər arasında birinci" statusuna qədər enməsi prosesi baş vermişdi. Bu hadisələrin nəticəsində də feodalların bir-biri arasında baş verən müharibələrin sayı çoxalmış, insan itkiləri artmışdı. Həm də Avropanın həmin əsrlərdə texniki cəhətdən xeyli geridə olduğunu nəzərə alsaq, çoxalan əhalini yedizdirmək üçün torpaqların get-gedə azlıq etdiyini, daxili sarsıntılardan əziyyət çəkən xalqın tez-tez aclıq və xəstəlik nəticəsində dəhşətli surətdə, külli miqdarda qırıldığını təbii qəbul etmək lazım gəlir.
Zigetvar yürüşü
Ziqetvar yürüşü (mac. Szigetvári csata, xorv. Bitka kod Sigeta və ya serb-xorv. Sigetska bitka, türk. Zigetvar Savaşı) - Osmanlının Macarıstana olan yürüşlərindən biri. Sultan Süleyman Qanuninin son səfəri. O, öldükdən sonra Sokullu Mehmed Paşa yürüşə başçılıq etdi. Yürüş 1566-cı ildə baş verib. == İstinadlar == == Mənbə == Lieber, Francis (1845). Encyclopædia Americana: A popular dictionary of arts, sciences, literature, history, politics, and biography.
Ziqetvar yürüşü

Ölüm yürüşü
Ölüm yürüşü — etnik qrup mənsublarını və məhkumları uzun müddət ərzində kilometrlərlə piyada yeridərək məhf etmək taktikasıdır. Yürüşdə olanlara çox az yemək və su verilirdi. Nəticə olaraq isə aclıqdan, susuzluqdan və əksər hallarda yorğunluqdan taqətdən düşən əsirlər ölürdülər. Yürüşə qarşı çıxanlar, dincəlmək üçün dayananlar və huşunu itirənlər edam edilir və ya işgəncəyə məruz qalırdılar.
İraqeyn yürüşü
İraqeyn yürüşü — Osmanlı ordusunun şərqə doğru tərtiblənən ən böyük və ən uzun müddətli hərbi səfəridir. Səfər 2 mərhələdən ibarətdir. Birinci mərhələ 1534-cü ilin yayında baş tutmuş və İraq-i Əcəm adlanan İranın şimal-qərbinə yönəlmişdi. İkinci mərhələ isə 1535-ci ilin yazında başlamış, Bağdad və ətrafına yönəlmişdir. Buna görə də tarixi mənbələrdə İraqeyn (iki İraq) Səfəri adlanır. == Sultan Süleymanın I yürüşü == Mənbələrdə deyilir ki, Üləma bəy Osmanlı sultanını Azərbaycana və İraqa yürüş etməyə sövq edirdi. O, şahı əmin edirdi ki, indi şahın başlıca qüvvələri özbəklərin Xorasana basqınını dəf edirlər və sultanın qızılbaş qoşunlarının olmadığı ölkəni ələ keçirməsi çətin olmayacaqdır. 1534-cü ilin yayında Sultan Süleyman çox böyük ordu ilə Azərbaycana hərəkət etdi. Ordunun ön dəstəsini Sədrəzəm İbrahim Paşanın 90 min nəfərlik qoşunu təşkil edirdi. Üləma bəy 10 min nəfərlə irəli çıxarılmışdı.
Qarabağ yürüşü
Qarabağ yürüşü — 2020-cı ilin 12-15 iyul tarixlərində Azərbaycanda Tovuz döyüşlərinin nəticələrinə görə başlayan aksiya. == Tarixi == 2020-cı il iyulun 14-də Ermənistan silahlı qüvvələrinin bölmələri səhər saatlarından başlayaraq Tovuz rayonunun təmas xəttində yerləşən bölmələrini artileriya atəşinə tutması nəticəsində Azərbaycan ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev həlak olur. Üstəlik düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu da şəhid olur. Bunun ardından iyulun 14-ü saat 16:00 radələrində Sumqayıtda və Əhmədlidə “Qarabağ yürüşü” başlayır, burada yüzlərlə iştirakçı “Azərbaycan!”, “Qarabağ bizimdir!”, “Şəhidlər ölməz, Vətən bölünməz!!” və "Sumqayıt, yatma, şəhidimiz var" kimi sözlər səsləndirdi. Sonra nümayişlər minlərlə iştirakçı toplayaraq Bakının digər bölgələrinə də yayıldı. İştirakçılara görə, təxminən 15 min nümayişçi var idi. Qız Qalasına çatdıqdan sonra nümayişçilər Şəhidlər xiyabanına yönəldilər. Saat 23: 30-da nümayişçilər Şəhidlər Xiyabanına çatdılar. Burada nümayişçilər "Ya Qarabağ ya ölüm!!" və "Karantin bitsin, müharibə başlasın!". Bu zamana qədər yürüş dinc xarakter daşıyır.
Bizim Küçə (1961)
Bizim küçə tammetrajlı bədii filmi rejissor Əlisəttar Atakişiyev tərəfindən 1961-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Lirik-psixoloji dramda müharibədə itkin düşmüş bir qızın-Saranın acı taleyindən bəhs olunur. Əsas rolları Rimma Məmmədova, Ətayə Əliyeva, Ağadadaş Qurbanov, Gündüz Abbasov və Giuli Çoxonelidze ifa edirlər. == Məzmun == Lirik-psixoloji dramda müharibədə itkin düşmüş bir qızın-Saranın (Rimma Məmmədova) acı taleyindən, qürbətdə başına gələn macəralardan, uzun axtarışlardan sonra xoş bir təsadüf nəticəsində anasına (Ətayə Əliyeva) qovuşmasından bəhs olunur. == Rollarda == Rimma Məmmədova — Sara Ətayə Əliyeva — Bəyim Ağadadaş Qurbanov — Bəhram Gündüz Abbasov — Rasim Giuli Çoxonelidze — Fuad Sona Aslanova — Aşxen Nikolay Barmin — Barışev Nikolay Volkov — Lars Dmitri Orlov — Kurts Yuri Averin — Park Lev Qruber — Lem Osman Həqqi — Musa Nodar Şaşıqoğlu — Mehdi Hüseynzadə Səfurə İbrahimova — Asya Mixail Şveytser — Rus zabiti == Filmi səsləndirənlər == Müxlis Cənizadə — Rasim (Gündüz Abbasov) (titrlərdə yoxdur) Əli Zeynalov — Fuad (Giuli Çoxonelidze) (titrlərdə yoxdur) Hökümə Qurbanova — Sara (Rimma Məmmədova) (titrlərdə yoxdur) Kamil Qubuşov — Bəhram (Ağadadaş Qurbanov) (titrlərdə yoxdur) Hökümə Qasımova — Aşxen (Sona Aslanova) (titrlərdə yoxdur) Yusif Vəliyev — Lars (Nikolay Volkov) (titrlərdə yoxdur) Ağasadıq Gəraybəyli — Kurts (Dmitri Orlov) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Park (Yuri Averin) (titrlərdə yoxdur) Bahadur Əliyev — Musa (Osman Həqqi) (titrlərdə yoxdur) Əzizağa Qasımov — Ofisiant (Qafar Həqqi) (titrlərdə yoxdur) Məmmədrza Şeyxzamanov — Rus zabiti (Mixail Şveytser) (titrlərdə yoxdur) Barat Şəkinskaya - Asya (Səfurə İbrahimova)(titrlərdə yoxdur) Əlizaman Qasımov - Mehdi Hüseynzadə (Nodar Şaşıqoğlu)(titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
Rəşid Behbudov (küçə)
Rəşid Behbudov Rəşid Behbudov (gəmi) Rəşid Behbudov küçəsi (Bakı) — Bakının Səbail və Nəsimi rayonlarında küçə. Rəşid Behbudov küçəsi (Gəncə) — Gəncə şəhərində küçə. Rəşid Behbudov küçəsi (Sumqayıt) — Sumqayıt şəhərində küçə.
14-cü küçə (Manhetten)
14-cü küçə (ing. 14th Street) — Nyu-York şəhərinin Manhetten borosunda yerləşən əsas küçələrdən biri. O, Manhettenin Vest Sayd hissəsinin On Birinci prospekti ilə Manhettenin İst Sayd hissəsinin C prospektinin arasından keçir. O, bir neçə rayonlar arasındakı sərhədi təşkil edir və bəzən Aşağı Manhetten ilə Midtaun Manhetten arasındakı sərhəd kimi qəbul edilir. Brodvey tərəfdə 14-cü küçə Yunion skver meydanının cənub sərhədini təşkil edir. O, həmçinin Qrinviç Villic, Alfabet Siti və İst Villic rayonlarının şimal sərhədini və Çelsi, Fletayron və Qramersi rayonlarının cənub sərhədini təşkil edir. Üçüncü prospektdən qərbdə 14-cü küçə Manhettenin qərb şəbəkə sisteminin cənub ucunu ehtiva edir. 14-cü küçənin şimal hissəsində küçələr ədədi ardıcıllıqla təqib olunan mükəmməl şəbəkə ərsəyə gətirir. Nyu-York şəhəri tarixinin əvvəlində, 14-cü küçə prestijli bir yer sayılırdı. Ancaq şəhər şimala doğru böyüdükcə o, cazibəsi və statusunu itirdi və müasir günümüzdə əsasən alış-veriş küçəsi olaraq bölgələrə ayrılıb.
23-cü küçə (Manhetten)
23-cü küçə (ing. 23rd Street) — Nyu-York şəhəri Manhetten borosunun Midtaun rayonunda yerləşən ikitərəfli küçə; adanın şərqindən qərbinə keçən əsas magistral yollarından biri. Küçə qərbdən On Birinci prospektdən başlayaraq, şərqdə FDR magistralına qədər davam edir. Küçə 1811-ci ildə Manhettenin hərtərəfli inkişaf planının qəbulundan sonra yarandı. Burada Beşinci Prospekt və Çelsi kimi mehmanxanalar və bir çox teatrlar tikilmişdir. Flatiron Building, Metropolitan Life Tower və 2013-cü ildə inşa edilən One Madison kimi tarixi göydələnlər bu küçədə yerləşir. == Yerləşməsi == Boronun digər nömrəli küçələri kimi, 23-cü küçə də Beşinci prospekt tərəfdən qərb və şərq hissələrə bölünür. Hər ikisi Fletayron rayonunun bir hissəsi olan Medison meydanından başlayır. Qərbi 23-cü küçə Altıncı prospektdən başlayaraq, Çelsi rayonundan keçir. Küçənin şərq tərəfindən, yəni Leksinqton prospektindən başlayaraq küçə boyunca şimaldan Kips Bey və cənubdan Qramersi və Piter Kuper Villic rayonlarının sərhədləri keçir.
34-cü küçə (Manhetten)
34-cü küçə (ing. 34th Street) ― Nyu-York şəhəri Manhetten borosunun mərkəzi Midtaun hissəsində yerləşən iki tərəfli küçə; adanı şərqdən qərbə keçən əsas magistral yollardan biri. Küçə qərbdən Vest Sayd Hayveydən şərqdəki FDR magistralına qədər uzanır. Küçə, qərbdəki Nyu-Cersi ştatı ilə şərqdəki Kuins arasında birləşdirici nəqliyyat arteriyası kimi xidmət edir, oradan o, Nyu-Cersiyə aparan Linkoln tunelinə və Lonq-Aylendə istiqamətlənən Kuins — Midtaun tunelinə keçir. Küçə Midtaunun cənub sərhədi sayılır.:83934-cü küçədə Empayr Steyt Bildinq, Meysis Herald Skver və Ceykob Ceyvits Konqres Mərkəzi daxil olmaqla bir neçə görkəmli bina yerləşir. Pensilvaniya stansiyası kimi digər obyektlər 34-cü küçədən bir məhəllədə yerləşirlər. Küçədə M34 / M34A avtobus xətləri ilə fəaliyyət göstərir və həmçinin bir neçə metro stansiyası var. == Tarixi == Küçə 1811-ci il baş planına uyğun olaraq düzəldilib. Ona əsasən, şərqdən qərbə uzanan 15 küçəsi 30 metr enində, qalanları isə 18 metr olmalı idi. 2010-cu ilin aprel ayında Nyu-York Şəhər Nəqliyyat Departamenti 34-cü küçədə ekspres avtobusun fəaliyyətə buraxılmasını təklif etdi.
Bizim küçə (film, 1961)
Bizim küçə tammetrajlı bədii filmi rejissor Əlisəttar Atakişiyev tərəfindən 1961-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Lirik-psixoloji dramda müharibədə itkin düşmüş bir qızın-Saranın acı taleyindən bəhs olunur. Əsas rolları Rimma Məmmədova, Ətayə Əliyeva, Ağadadaş Qurbanov, Gündüz Abbasov və Giuli Çoxonelidze ifa edirlər. == Məzmun == Lirik-psixoloji dramda müharibədə itkin düşmüş bir qızın-Saranın (Rimma Məmmədova) acı taleyindən, qürbətdə başına gələn macəralardan, uzun axtarışlardan sonra xoş bir təsadüf nəticəsində anasına (Ətayə Əliyeva) qovuşmasından bəhs olunur. == Rollarda == Rimma Məmmədova — Sara Ətayə Əliyeva — Bəyim Ağadadaş Qurbanov — Bəhram Gündüz Abbasov — Rasim Giuli Çoxonelidze — Fuad Sona Aslanova — Aşxen Nikolay Barmin — Barışev Nikolay Volkov — Lars Dmitri Orlov — Kurts Yuri Averin — Park Lev Qruber — Lem Osman Həqqi — Musa Nodar Şaşıqoğlu — Mehdi Hüseynzadə Səfurə İbrahimova — Asya Mixail Şveytser — Rus zabiti == Filmi səsləndirənlər == Müxlis Cənizadə — Rasim (Gündüz Abbasov) (titrlərdə yoxdur) Əli Zeynalov — Fuad (Giuli Çoxonelidze) (titrlərdə yoxdur) Hökümə Qurbanova — Sara (Rimma Məmmədova) (titrlərdə yoxdur) Kamil Qubuşov — Bəhram (Ağadadaş Qurbanov) (titrlərdə yoxdur) Hökümə Qasımova — Aşxen (Sona Aslanova) (titrlərdə yoxdur) Yusif Vəliyev — Lars (Nikolay Volkov) (titrlərdə yoxdur) Ağasadıq Gəraybəyli — Kurts (Dmitri Orlov) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Park (Yuri Averin) (titrlərdə yoxdur) Bahadur Əliyev — Musa (Osman Həqqi) (titrlərdə yoxdur) Əzizağa Qasımov — Ofisiant (Qafar Həqqi) (titrlərdə yoxdur) Məmmədrza Şeyxzamanov — Rus zabiti (Mixail Şveytser) (titrlərdə yoxdur) Barat Şəkinskaya - Asya (Səfurə İbrahimova)(titrlərdə yoxdur) Əlizaman Qasımov - Mehdi Hüseynzadə (Nodar Şaşıqoğlu)(titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
Cənubi Koreyada küçə yeməkləri
== Cənubi Koreyada küçə yeməkləri == Cənubi Koreya küçə yeməkləri ilə məşhurdur. Bununla Yaponiyadan çox fərqlənir. Yaponiyada küçədə satıcılarla qarşılaşmaq çox çətindir amma Koreyada sırf küçədə satıcılardan alınıb yeyilən yeyəcəklər vardır. Üç tip küçə yeməkləri satan yerlər vardır. Birincisi, çadır şəklində yerlərdir. Burada eyni zamanda axşamlar içki içmək istəyənlərin də məkanıdır. İkincisi, səyyar maşınlarında satanlar. Üçüncüsü isə milli market və ya restoranlardır. Cənubi Koreyada insanlar küçə yeməklərinə çox böyük maraq göstərirlər. Əslində Coson krallığı dövründə kralların yedikləri doqboqqi və sunde kimi yeməklər hal-hazırda Koreya küçələrində daha ucuz əldə edib yemək mümkündür.
Küçə döyüşçüsü (film, 1994)
Küçə döyüşçüsü (ing. Street Fighter) — 1994-cü ildə Stiven E. de Suza tərəfindən çəkilən filmdir. Bu film Street Fighter 2 video oyunu əsasında hazırlanmışdır. == Xarici keçidlər == Küçə döyüşçüsü — Internet Movie Database saytında.
архи́в зашепеля́вить кабарди́нец катетеризова́ться ме́лко окорени́ться собира́тельница сполох частно... бессты́дник два сапога па́ра девиа́нтный натащи́ть разро́знивание шулер chicory excurved ground-ice highborn land freeze thermogenous выдвинуться катамаран отглаживать урод